Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2021 08:24
ABŞ-da Oukeşo şəhərində (Vinskonsin ştatı) yolsuzluq avtomobilinin Milad paradının iştirakçılarına üstünə çıxması nəticəsində yaralananların sayı, yenilənmiş məlumatlara görə, 48 nəfər olub.
Bu barədə Oukeşo şəhərinin polis rəisi Deniel Tompson bildirib.
Bildirilib ki, onların arasında vəziyyəti ağır olan iki azyaşlı da var.
O deyib ki, hadisə nəticəsində daha 5 nəfər ölüb: "Əldə etdiyimiz məlumata görə, 48 nəfər yaralanıb, daha 5 nəfər həlak olub".
ABŞ polisi 39 yaşlı Darrell Bruksu Viskonsin ştatının Uokeş şəhərində keçirilən Milad paradının iştirakçılarını avtomobillə vurmaqda şübhəli şəxs adlandırıb və ona qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin beş bəndi üzrə ittihamlar irəli sürülüb.
Yaralılardan ikisi uşaqdır, onlar ağır vəziyyətdədir.
"Bu faciəvi hadisədə şübhəli bilinən şəxsin 39 yaşlı Darrell Bruks olduğu müəyyən edilib", - yerli polis rəisi Dan Tompson mətbuat konfransında deyib.
Bruks hadisə yerində həbs edilib. Polislərdən biri avtomobilə atəş açsa da, o, xəsarət almayıb. Tompson əlavə edib ki, araşdırma davam etdikcə Bruks əlavə ittihamlarla üzləşə bilər.
Polis terror aktı versiyasını təkzib edib. Bildirilir ki, cinayətkar tək hərəkət edib.
ABŞ Prezidenti Cozef Bayden də öz növbəsində Uokeş şəhərində vəziyyətin nəzarət altında olduğunu deyib.