Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qəza törədən həkimin məhkəməsi başlayır

Bakıda qəza törədən həkimin məhkəməsi başlayır

Tarix: 23 Noyabr 2021 09:10

Bakıda ölümlə nəticələnən yol-nəqiyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il martın 11-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Əlizadə Emil Firdovsi oğlunun idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil Rəşid İsmayılov küçəsində idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin - Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.

Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, E.Əlizadə xəstəxanaların birində həkim işləyir.


Etiketlər:  Bakıda qəza törədən həkimin məhkəməsi başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ