Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2021 10:42
F-35 və S-400 məsələsi Türkiyənin milli müdafiə sənayesindəki irəliləyişdən dolayı yaranan narahatlığın təzahürüdür.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyəni hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş deyib.
Qurtulmuş bildirib ki, Türkiyə müttəfiq ölkə tərəfindən (ABŞ - red.) S-400-lərə görə embarqo və təzyiqlərə məruz qalır:
"Əslində məsələ nə F-35-dir, nə də S-400... Məsələ ondan ibarətdir ki, əgər Türkiyə güclü Türkiyə istiqamətində irəliləyərsə, yaxın zamanda milli təyyarəsini yaradacaq, raket və təyyarə mühərrikləri istehsal edəcək. Narahatlıq bununla bağlıdır".