Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ilk kriptovalyuta şəhəri tikilir - VİDEO - FOTO

Dünyanın ilk kriptovalyuta şəhəri tikilir - VİDEO - FOTO

Tarix: 23 Noyabr 2021 17:14

Salvador hökuməti ölkədə bitkoinə həsr olunmuş şəhər tikməyi planlaşdırır.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, layihə "Bitcoin City" adlandırılıb. Bunu ölkə prezidenti Nayib Bukele "Bitcoin Week" konfransında deyib.

Onun sözlərinə görə, şəhər dairəvi formada olacaq və onun mərkəzində nəhəng "B" simvolu şəklində sərgi kompleksi yaradılacaq. "Bitcoin City" sakinləri ƏDV istisna olmaqla, bütün vergilərdən (gəlir, əmlak, kapital artımı və s.) azad olacaqlar. Həmçinin, yeni şəhər yalnız bərpa olunan geotermal enerji mənbələrindən istifadə edəcək.

"Bitcoin City"nin tikintisini maliyyələşdirmək üçün Salvador hökuməti 1 milyard dollar dəyərində tokenləşdirilmiş 10 illik istiqrazlar buraxacaq. Bu layihədə ölkənin tərəfdaşları "Bitfinex" və "Blockstream" şirkətləridir.

Salvador - dünyada bitkoinin qanuni ödəniş vasitəsi statusuna malik olduğu ilk ölkədir (ABŞ dolları ilə bərabər). Sentyabrın 7-də ölkədə müvafiq qanun qüvvəyə minib. Həmin gün səlahiyyətlilər ilk 550 bitkoini alıblar. Sentyabrın 20-də (150 BTC) və oktyabrın 28-də (420 BTC) Salvador hökuməti tərəfindən bitkoinlərin əlavə alışları həyata keçirilib.

Milli.Az


Etiketlər:  Dünyanın ilk kriptovalyuta şəhəri tikilir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ