Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2021 18:25
Məhkəmə adı təcavüz qalmaqallarında hallanan aktyor Kevin Speys haqqında qərara qəbul edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, həmkarlarına qarşı seksual hərəkətlər etməkdə günahlandırılan aktyor müqaviləni pozduğuna görə "Kartlar evi" filminin yaradıcılarına 31 milyon dollar ödəməli olacaq.
Qeyd edək ki, Speys sözügedən ittihamlara görə ekran işindən qovulub. O, 20-dən çox insana qarşı təcavüz və cinsi zorakılıqda günahlandırılıb.
Onlardan biri aktyor Entoni Repp idi. O, 14 yaşı olarkən Speysin təcavüzünə məruz qalıb. Bir digər məşhur ad isə Qay Pirsdir.
İddihamların ardından ekran işi milyonlarla dollar itki verib. Speys əsas rollardan birini canlandırdığı üçün serialın süjeti yenidən yazılmalı olub və epizodların sayı azaldılıb.
Aktyor studiyaya təzminat ödənilməsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verməyə çalışsa da, bu, rədd edilib. Hətta aktyor ona qarşı bütün ittihamları təkzib edərək gey olduğunu açıqlayıb. Buna baxmayaraq hadisədən sonra Speysin karyerası bir anda məhv olub. Yalnız bir neçə ildən sonra o, "Allahı çəkən adam" filmi ilə ekranlara qayıdıb.