Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Molla sözünün mənası nədir?

Molla sözünün mənası nədir?

Tarix: 23 Noyabr 2021 21:32

Molla sözü, ərəb dilindəki "sahib", "əfəndi", "alim" mənasına gələn "mövla"[1] kəliməsindən gəldiyi söylənir. Ərəbcədəki bu mövla kəliməsinin dəyişikliyə məruz qalması nəticəsində "molla" deyə, dilimizə uyğun şəkildə ifadə edilmişdir.

Molla sözünün mənşəyini daha keçmişə götürənlər, bu sözün əslinin eyni mənaya gələn "Monla", "Munla" olduğunu və daha sonra "n" hərfinin ortadan götürülüb, yerinə "l" əlavə etməklə "molla" olduğunu demişlər.[2]

Molla kəliməsi daha çox İranda və ölkəmizdə işlədilir. Keçmişdə bu ada savadlı insanlar, şairlər, ədiblər, alimlər layiq görülürdü. Məsələn, Molla Pənah Vaqif, Molla Nəsrəddin, Molla Şakir, Molla Gürani, Molla Cami kimi alimlər bu təxəllüsə layiq görülüblər. Müəllimlərin dini tədris üçün dərs keçdikləri yerlərə də "mollaxana" deyilirdi.

Əfsuslar olsun ki, günümüzdə artıq bu kəlimə belə ünvanlara sahib insanlara deyil, adətən, dini ayinləri, dəfn mərasimlərini, kəbin və yas məclislərini aparan din xadimlərinə və hətta mövhümatçıları tanıtmaq üçün işlədilir.


Etiketlər:  Molla sözünün mənası nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ