Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2021 22:56
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı saxlanılan erməni hərbçilərin sayını açıqlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, bu rəqəm Ermənistan Müdafiə Nazirliyinin açıqladığı kimi 19 yox, 32-dir.
Paşinyan bildirib ki, saxlanılan 32 erməni hərbçi ilə bağlı məlumatlar dəqiqləşdirilir.
"Başa düşürəm, belə danışmaq yersizdir... Amma altı ölü, 24+8 saxlanılan var. Bununla belə, məlumatları dəqiqləşdirmək lazımdır. Üstəlik, saxlanılanlar arasında yaralılar da var", - Paşinyan deyib.