Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 09:26
"Qazprom"a olan borcun ödənilməsi üçün vəsait "Moldovaqaz"a köçürüləcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Moldova baş nazirinin müavini Andrey Spinu deyib.
Spinu lazım olan vəsaitin "Qazprom"a köçürüləcəyini və bununla bağlı qərarın noyabrın 25-də parlamentdə veriləcəyini bəyan edib:
"Fövqəladə Hallar Komissiyasının qərarı ilə büdcədən 1,7 milyard dollar ayrılıb. Bunun 1,4 milyard dolları "Moldovaqaz"a ayrılacaq. Moldova parlamenti cümə axşamı keçiriləcək yekun iclasda bu qərarı təsdiq edəcək".
Qeyd edək ki, daha öncə "Qazprom" Moldovaya noyabrın 22-nə qədər qaz borcunun ödənilməyəcəyi təqdirdə 48 saat ərzində qaz verilməsini dayandıracağını bildirib.