Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 12:14
Moskvada 89 yaşlı təqaüdçü yaşadığı mənzildə zorlanıb. Bu rəzaləti isə üzə çıxaran nəvə olub.
Sonxeber.net mk.ru-ya istinadən xəbər verir ki, yaşlı qadın bir neçə ildir ki, yaddaş pozğunluğundan əziyyət çəkirdi. Bununla əlaqədar qohumlar təqaüdçünün mənzilinə CCTV kameraları quraşdırmaq qərarına gəlir. Nənə beləliklə həmişə nəzarət altında olub. Dərman satışı üzrə menecer olan nəvə ona baxmaq məsuliyyətini öz üzərinə götürür. Zaman-zaman kameralara baxıb valideynlərinə xəbər verirdi ki, narahat olmasınlar.
Bir gün nəvə nənəsini yoxlamaq qərarına gəlir və kameraları yandıranda mənzildə qonşunun olduğunu görür. Qonşu nənəni qucağına alıb divana aparıb, yatırdır, sonra da onun yaşının çox olmasından istifadə edərək zorlayır. İndi İstintaq Komitəsi 65 yaşlı hərbi təqaüdçüyə qarşı zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə cinsi xarakterli zorakılıq hərəkətləri ilə cinayət işi açıb.
Anar Əli