Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 15:38
Qarabağdakı qondarma qurumun "xarici işlər naziri" David Babayan növbətə dəfə səsləndirdiyi sərsəm fikirləri ilə gülüş və lağ obyektinə çevrilib. Keçmiş qondarma qurumun "baş diplomatı" iddia edib ki, heç bir zaman Şuşa, Karvaçar (Kəlbəcər) Hadrud və digər əraziləri verməyəcəklər. Cəfəng fikirlərini davam etrdirən Babayan əlavə edib ki, "demarkasiya və delimitasiya prosesi bir-iki ayın işi deyil, illəri əhatə edə bilər".
Daha sonra isə bildirib ki, heç bir zaman Azərbaycanın tərkibində statusu qəbul etməyəcəklər. "Heç kim bizə buna qəbul etdirə bilməz. Əks təqdirdə iki yol qalır - ya yeni miqyaslı müharibə, ya da Qarabağ əhalisi millət kimi buranı tərk edəcək. Təəssüf ki, Azərbaycan bizə öz iradəsini yeritməyə çalışır, biz bunu qəbul etməyəcəyik. Necə olursa, olsun, biz bu vəziyyətdən çıxacağıq" deyə Babayan bəyan edib.
Rusiya sülhməramlılarının bölgədə olmasından cürətlənib bu cür sərsəm bəyanatlar verən Babayanın sözləri isə hətta öz soydaşlarının gülüşü ilə qarşılanıb. Sosial şəbəkələrdə "XİN" rəhbərinin bu cəfəngiyyatı gülüş və heyrət doğurub. Babayanı məsxərəyə qoyan soydaşları həmin fikirlərin altından söyüş və təhqirlər yağdırıb. Babayanın diqqətinə Azərbaycanın işğaldan azad edilən Şuşada və digər ərazilərdə aparılan bərpa və quruculuq işlərinə diqqət ayırmağı məsləhət görüblər. Belə bir irimiqyaslı işlərin fonunda Şuşa, Kəlbəcər və Hadrudun geriq aytarılmasından yalnız və yalnız ağıldan kəmlər, fantaziyası yüksək olan şəxslər danışa bilər.
Görünür, Babayan və ona bənzərlər 44 günlük müharibəni unudub. Görünən odur ki, Babayan indidən soydaşlarını Qarabağdan çıxıb getməsinin qarşısını almaq üçün bu cür ürəkdən danışır.
Kamran Seyidov