Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toylarda karantini pozan 9 nəfər cərimələnib

Toylarda karantini pozan 9 nəfər cərimələnib

Tarix: 24 Noyabr 2021 15:50

Noyabrın 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 200 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, monitorinq 191 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

90 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az


Etiketlər:  Toylarda karantini pozan 9 nəfər cərimələnib


RƏYLƏR