Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Şəkil qalmaqalı"- hərbçi ilə ailə quran əməkdar artistin sözləri müzakirə doğurdu

“Şəkil qalmaqalı

Tarix: 24 Noyabr 2021 19:15

Dünəndən etibarən Əməkdar artist Nigar Şabanovanın (Qaragözova) sosial şəbəkə istifadəçiləri və mətbuata hərbçi əri ilə bağlı qoyduğu qadağa müzakirə olunur.

Milli.Az olay-a istinadən xəbər verir ki, xanəndə 8 noyabr- Zəfər Günündə 338 min izləyicisi olan instaqram hesabında Xüsusi Təyinatlı Qüvvələrin giziri, həyat yoldaşı Xəyyam Qaragözovun fotosunu paylaşmasına baxmayaraq, özü hər kəsdən qaydaya əməl etməsini tələb edir. Belə ki, Nigar foto paylaşıldığı təqdirdə kimliyindən asılı olmayaraq hər kəsi polisə verəcəyini bildirib.

Maraqlıdır, Əməkdar artistin bu tələbi hüquq çərçivəsində doğrudurmu?

Məsələ ilə bağlı vəkil Babək Həmidovla əlaqə saxlanılıb. O bildirib ki, N. Şabanova fotonu hamıya açıq profildə paylaşıbsa, bu artıq şəxsin özü tərəfindən ictimailəşdirilmiş şəxsi məlumatlar sayılır:

"İnsanın qoruduğu şəxsi məlumatlar var. Məsələn, yalnız telefonumda olan, paylaşmadığım, qoruduğum foto və ya video informasiyalardır. Amma sosial şəbəkələrdə, açıq profildə paylaşıramsa, bunlar ictimailəşdirdiyim şəxsi informasiya sayılır. Əgər minlərlə izləyicin varsa, sən ictimai fiqursansa, məlumatının yayılmasını istəmirsənsə, deməli, öncə bu məlumatı özün qorumalısan. Bunu etməmisənsə, başqasının qorumasını tələb etməyin düzgün deyil. Bir məsələ də var. Profil bağlıdırsa və fotolar yalnız beş nəfər üçün paylaşılırsa, yenə foto götürülürsə, bu artıq düzgün deyil. O zaman şikayətçi şəxs hüquqi yollara baş vura bilər. Amma paylaşımı minlərlə adam bəyənibsə, məsələ fərqlidir. O, şəkili özü yayıb. Profil açıqdırsa, ordan istənilən insan götürə və etik qaydalar çərçivəsində istər mediada, istərsə də sosial şəbəkələrdə yayımlaya bilər".

Qeyd edək ki, N.Şabanovanın əri XTQ-də kiçik gizir olan Xəyyam Qaragözovun instaqram səhifəsi də hər kəsə açıqdır. Onun 49 mindən çox izləyicisi olan səhifəsində öz şəkilləri də yer alıb. 

Milli.Az


Etiketlər:  Şəkil qalmaqalı hərbçi ilə ailə quran əməkdar artistin sözləri müzakirə doğurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ