Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 20:14
Fransanın "Lion" klubunun bir azarkeşi həbs olunub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Marsel"lə Liqa 1 matçında rəqib komandanın yarımmüdafiəçisi Dmitri Payetə su şüşəsi atan fanat 6 aylıq həbs olunub.
Bununla yanaşı, azarkeşin "Lion"un stadionuna getməsinə 5 illik qadağa qoyulub. Fanat 3 min avro məbləğində də cərimələnib.
Xatırladaq ki, Payetin başına su butulkası dəydikdən sonra görüşün referisi komandaları meydandan çıxarıb. Daha sonra isə o, matçın yarımçıq dayandırılmasına qərar verib.