Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyin damarlarını açan, insultun qarşısını alan ŞAM QOZASI CÖVHƏRİ

Beyin damarlarını açan, insultun qarşısını alan ŞAM QOZASI CÖVHƏRİ

Tarix: 25 Noyabr 2021 05:03

Xalq təbabətində insultun nəticələrinin aradan qaldırılması və insultun profilaktikası üçün yetişmiş şam qozalarının spirtli cövhərindən istifadə olunur.

Sağlamolun.az bildirir ki, bu resept tanınmış tanınmış alim fitoterapevt akademik Boris Bolotovun kitabından götürülüb.

5 yetişmiş şam qozasının üzərinə 250 ml araq tökülür. Otaq temperaturunda 10 gün saxlanılır. Sonra süzülür və 1 çay qaşığı təbii alma sirkəsi (üzüm sirkəsi ilə də əvəz etmək olar) əlavə edilir.

Hər gün yatmazdan 1 saat əvvəl 1 stəkan suya 1 çay qaşığı bu cövhərdən əlavə edilərək içilir. Balla içilməsi arzuolunandır. İnsult keçirmiş insanlarda müalicə kursu təxminən 6 ay davam edir.

Profilaktik məqsədlərlə cövhəri ildə 2 dəfə 1 ay ərzində içmək lazımdır.

Bu vasitə qanı duruldur, beyin damarlarına müsbət təsir edir, sinir hüceyrələrinin məhv olmasının qarşısını alır, insult keçirmiş insanlarda hərəkətin və nitqin koordinasiyasının bərpasını təmin edir.


Etiketlər:  Beyin damarlarını açan insultun qarşısını alan ŞAM QOZASI CÖVHƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ