Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur şounun münsifi o olacaq

Məşhur şounun münsifi o olacaq

Tarix: 25 Noyabr 2021 10:25

Dünyaca məşhur "Central Asia's Got Talent" (Talant Mərkəzi Asiya ) şousunda münsiflər heyətinə daxil olan azərbaycanlı məşhurun kimliyi məlum olub.  

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, lisenziyalı layihənin əsas 4 jürisindən biri aktrisa- rəqqasə Oksana Rəsulovadır.  

O. Rəsulova məlumatı saytımıza təsdiqləyib. 

Qeyd edək ki, yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. "Got Talent" formatı dünyanın ən uğurlu realiti-şousu kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. 

Şounun seçimi beş ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək. 

Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir. 


Etiketlər:  Məşhur şounun münsifi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ