Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2021 13:32
ABŞ Polşa, Baltikyanı ölkələr, Ukrayna və Belarus sərhədindəki miqrasiya böhranından istifadə edərək müharibəyə başlamaq istəyir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Onlar bu yazıq qaçqınlardan, bu prosesdən istifadə etməyə çalışırlar. Məqsədləri göz qabağındadır, artıq açıq şəkildə deyirlər: NATO-nu birləşdirmək. NATO nə deməkdir? Müharibə başlatmaq. Bizi təxribata çəkirlər. Bu, lazım deyil. Avropa bunu istəmir, Avropa müharibə istəmir. Bu müharibə kimə lazımdır? Amerikalılara", - Lukaşenko qeyd edib.
Onun sözlərinə görə, ABŞ başqasının əli ilə döyüşməyi xoşlayır və burada qarışıqlıq yaratmaq niyyətindədirlər.