Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 12:00
Bakı. Trend:
Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə keçirilən konsert maraqlı anlarla yadda qalıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, tamaşaçıların, xüsusən də gənclərin sevimli estrada ulduzlarının çıxışı böyük izdiham yaşadıb. 30 000-dən çox tamaşaçının olduğu konsertdə əməkdar artist Miri Yusif, tanınmış müğənnilər Dilarə Kazımova, Səmra Rəhimli, Rauf Əhmədov, reperlər Elşad Xose və Qurd tamaşaçılara çılğın, enerji dolu proqram təqdim ediblər.
Gecənin xüsusi qonağı isə hazırda Moskvada yaşayan populyar azərbaycanlı ifaçı Jony olub. O, konsertdə öz məşhur mahnılarını ifa edib. Tamaşaçılar “Lali”, “Alleya” kimi məşhur hitləri müğənni ilə bərabər səsləndiriblər.
Möhtəşəm konsert proqramında ifaçıların hər bir çıxışını izləyicilər alqışlarla, rəqslərlə qarşılayıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin