Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Doğulanda əl-ələ tutan əkizlər indi də ayrılmırlar - FOTO

Doğulanda əl-ələ tutan əkizlər indi də ayrılmırlar - FOTO

Tarix: 26 Noyabr 2021 18:44

ABŞ-ın Ohayo ştatından olan Cenna və Cillian Sistlsueyt adlı əkiz bacılar doğulan andan dünyaya səs salıblar.

Onların özəlliyi bundan ibarətdir ki, bacılar əl-ələ tutaraq dünyaya gəliblər.

Belə hal çox nadirdir. Onlar ana bətnində eyni amniotik kisədə olublar, bu isə əksər vaxt əkizlərdən birinin ölümü ilə yekunlaşır.

Sonxeber.net big.az-a istinadən xəbər verir ki, ananın sözlərinə görə, əl-ələ doğulan bacılar hazırda 7 yaşındadırlar və illər sonra da bir-birinə çox bağlıdırlar:

"Onlar doğulan zaman həmin mənzərəni gördükdə çox kövrəldim, həyat yoldaşımın hətta gözləri yaşardı. Körpələrim xəstəxana personalının da üzündə təbəssüm yaratmışdılar. Bacıların arasında xüsusi bağ var. Onlar daim bir yerdədirlər və indi də tez-tez əl-ələ tuturlar. Qızları ayırmağa çalışanda, yaxud hərəsi ilə ayrılıqda nə isə etmək istədikdə ağlamağa başlayırlar. Onlar sadəcə bir-birindən ayrı qala bilmirlər".

Qızlar o qədər bir-birinə oxşayırlar ki, hətta valideynləri belə, onları ayıra bilmir. Təkcə qardaşları Cekson hansının Cenna, hansının Cillian olduğunu yaxşı seçə bilir.


Etiketlər:  Doğulanda ələ tutan əkizlər indi ayrılmırlar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ