Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 08:42
"ABŞ noyabrın 29-dan etibarən koronavirusun yeni aşkar edilmiş "Omikron" ştammı ilə bağlı Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdıracaq".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
Prezident bildirib ki, artıq yeni ştamm haqqında məlumatlandırılıb: "Ehtiyat tədbiri olaraq, daha çox məlumat əldə edənə qədər Cənubi Afrikadan və digər yeddi ölkədən hava nəqliyyatı ilə ölkəyə gələnlərə məhdudiyyətlər qoymağa göstəriş verdim. Yeni məhdudiyyətlər noyabrın 29-da qüvvəyə minəcək. Tibb sahəsində məsləhətçilərimlə elmi sübutları və tövsiyələri rəhbər tutmağa davam edəcəyik".
CNN-in məlumatına görə, məhdudiyyətlər Cənubi Afrikadan başqa Botsvana, Zimbabve, Namibiya, Lesoto, Esvatini, Mozambik və Malaviyə də şamil edilir.