Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 13:39
Bakı. Elçin Mehdiyev – Trend:
2019-cu ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 196,4 milyon manatlıq xidmət göstərib ki, onun da 72,2 faizi əhali tərəfindən istehlak olunub.
Trend-in məlumatına görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 41,5 faizi və ya 497,0 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin