Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2021 21:04
Bu gün özünü Yasamal rayonunda yerləşən "Qələbə Residence" yaşayış kompleksindəki binadan yerə ataraq intihar etmiş 19 yaşlı Fidan Niftəliyeva açıq-saçıq videoları ilə şantaj edilirmiş.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə onun tanışlarından biri bildirib.
Məlumata görə, "18+" kateqoriyasından olan videolar sosial şəbəkələrin birinin qrupunda paylaşılıb.
Xatlrladaq ki, 19 yaşlı Fidan Niftəliyeva özünü Yasamal rayonunda yerləşən "Qələbə Residence" yaşayış kompleksi ərazisindəki binalardan birindən yerə atıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.