Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaşları və kiprikləri daha sıx edən maskalar

Qaşları və kiprikləri daha sıx edən maskalar

Tarix: 27 Noyabr 2021 21:46

Gözəl qaşlar və uzun sıx kipriklər qadına xüsusi gözəllik verir.

Qaşları və kiprikləri daha sıx və gözəl etmək üçün bu kimi təbii vasitələrdən istifadə edin:

1. 1 çay qaşığı təbii çay + 1 çay qaşığı üyüdülmüş təbii qəhvə 50 ml qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, bir neçə qat qatlanmış tənzifdən yaxşı süzülür və fırça və ya qulaq çöpü ilə qaşlara və kipriklərə səliqə ilə çəkilir. Gözaltı sahələrə pambıq diskləri qoyun ki, vasitə dəriyə düşməsin. Bu vasitəni 2 həftə ərzində hər gün istifadə edin.  Qaşlar daha sıx və sağlam olacaq, onların rəngi tündləşəcək.

2. 1 çay qaşığı badam, 1 çay qaşığı ayıpəncəsi və 1 çay qaşığı gənəgərçək yağı qarışdırın. Qarışığa yağ əsasında olan 5 damcı A və 5 damcı E vitamini (apteklərdə satılır) əlavə edin və yenə də yaxşı qarışdırın. Maskada kiçik fırça isladın və qaşların və kipriklərin üzərinə çəkin. 1 saatdan sonra maskanı quru salfetlə təmizləyin (bərk sürtmək olmaz!).

Maskanı kiçik şüşə qaba tökün və soyuducuda saxlayın.

2-ci vasitəni bir gündən bir istifadə etmək olar. 2-ci vasitəni 1-ci vasitənin üzərindən çəkmək olar. Bu halda effekt daha yaxşı olacaq.


Etiketlər:  Qaşları kiprikləri daha sıx edən maskalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ