Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nyu-Yorkda koronavirusa görə fövqəladə vəziyyət elan edildi

Nyu-Yorkda koronavirusa görə fövqəladə vəziyyət elan edildi

Tarix: 28 Noyabr 2021 10:56

Okeanın o tayında koronavirusa yoluxmalarda yenidən artım müşahidə olunur.

ABŞ-da son bir həftədə yeni yoluxma halları günlük 92 minə yaxın olub.

Xəstəxanaya yerləşdirilən və virusdan vəfat edənlərin də sayı artıb. Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar Nyu-York ştatında 2022-ci il yanvarın 15-dək fövqəladə vəziyyət elan edilib. Bu ştatda COVİD-19-un yayılma sürəti 2020-ci ilin aprelindən görünməmiş həddə çatıb. Son bir ayda hər gün 300-dən çox insan xəstəxanaya yerləşdirilib.


Etiketlər:  Yorkda koronavirusa görə fövqəladə vəziyyət elan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ