Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 11:10
Aktrisa Fulya Zenginerə qarşı nənəsi və onun qardaşları dələduzluq ediblər.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, atasını uşaq vaxtı itirən, 3 il əvvəl anası dünyasını dəyişən sənətçi bu dəfə qohumlarından aldığı zərbə ilə gündəmə gəlib.
İddiaya görə Zenginerin babasından qalan milyonluq ərazidə payı olub. qardaşları ilə plan quran nənə nəvələrindən vəkalət alaraq, "Ərazini satım, hamıya pul verəcəm" sözlərini deyib.
Fulya və digər nəvələr nənəyə razılıq verib. Bir müddət sonra böyük dayısına zəng edən aktrisa "Ərazini sata bilmədik" cavabını alıb. Amma digər nəvələr nənəni məhkəməyə verib. Bəlli olub ki, ərazi satılıb, pul isə nənə və onun qardaşları arasında bölüşdürülüb.
Zenginer nənəsini məhkəməyə verməyə hazırlaşır. Hazırda 3,5 aylıq hamilə olan sənətçini həyat yoldaşı Küntay Tarık Evren tək qoymur.