Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 13:16
"Empatiya" təşkilatının rəhbəri Mariam Jişkariani bildirib ki, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin müalicəsini izləyən həkimlər şurası ona stress pozğunluğu diaqnozu qoyub.
Sonxeber.net xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
"İlkin nəticələrə görə, xəstədə stress pozğunluğu təsdiqlənir. Bu, ona qarşı həbsxanada edilən zorakılıqdan sonar baş verib. Nevroloji simptomlar da müşahidə olunur. Söhbət aclıq aksiyasının nəticəsi olan Wernicke ensefalopatiyasından gedir, - deyə Jişkariani qeyd edib.
O, siyasətçinin stasionar reabilitasiya müalicəsinə ehtiyacı olduğunu vurğulayıb.
Xatırladaq ki, Mixeil Saakaşvili bələdiyyə seçkilərinin birinci turuna az qalmış Gürcüstana qayıdıb, bundan sonra saxlanılaraq həbs edilib.
Gürcüstanın keçmiş lideri oktyabrın 1-də həbs olunduqdan sonra aclıq aksiyasına başlayıb. Noyabrın 20-də o, həbsxana xəstəxanasından Tbilisinin kənarındakı Qori hərbi hospitalına aparılıb.