Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2021 18:25
"Ata ocağı" serialının aktrisası Ləman Mərrih sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi tez ölmək istədiyini yazıb.
"Yaşadığımız hər şeyin adına həyat deyirik, yaşaya bilmədiklərimizə isə həsrət. Mən bilirəm ki, hər şey dəyişə bilər. Ətək geyinməyi sevə bilərəm, işləməkdən bezə bilərəm, atama haqq qazandıra bilərəm yaşlandıqca... Lazım olduqda insanın nəyə gəldi alışa bilmək qabiliyyəti həm yaxşı şeydir, həm pis. Məni bütün ömrüm boyu qəribə adlandırıblar, ancaq and içirəm ki, bu cür şeyləri görəndə başa düşürəm ki, əslində, normalam.
Bilirsiz, həyatda elə münaqişələr, problemlər var ki, həll oluna bilmir, insanın həyatının sonuna kimi onu tərk etmir. Elə şeylər var ki, insan onu danışa bilmir, ürəyi qan ağlasa da, açıb-ağartmır, müzakirəyə çıxarmır. Amma hərdən fikirləşirəm ki, ürəyimi nəyə gəldi, lazım oldu-olmadı çox sıxıram, çox düşünürəm. Ən gülməlisi bilirsiz nədi, düşünmək həm sərvətdir, həm lənət. Sizi əmin edirəm ki, bu işi ən yaxşı bacaran adamlardan biriyəm. Mən tez ölmək istəyirəm, daha doğrusu daha az yaşamaq. Axı nəyə lazım bu qədər çürükçülük? Açığı, xəstəlik tutub ölməkdən qorxuram. Qoy, ölüm məni onun haqqında heç düşünmədiyim vaxt gəlib yaxalasın, ona ən uzaq olduğumu düşündüyüm anda məni haqlasın. Uzun-uzadı ölüm barədə düşünmək, ətrafdakıların mənə vida baxışlarını görmək istəmirəm.
Mən çox balaca olanda (bu hardasa 100 il əvvəl idi) möcüzələrə inanırdım... Həyətimizə yuvadan qaranquş balası düşmüşdü. Onu hər gün qucağımda yedirirdim, sığallayırdım, onun mənim möcüzəm olduğunu, mənim üçün gəldiyini düşünürdüm. Qucağımda qaldığı üçün uçmağı öyrənə bilmirdi, uçmurdu... Başının üstündən uçub gedən quşlara baxırdı, uça biləcəyinin fərqində belə deyildi bəlkə də. Dərk etdim ki, dəyərli bir şeyə sahib olmaq üçün vacib deyil onu ovuclarında saxlayasan, bəzən möcüzə həmin dəyərli şeylə ayrılanda baş verir və bəzən hər şey ona görə dağılıb tökülür ki, yenidən birləşib daha möhkəm bir şeyə çevrilsin... İndi o quş hansı səmada pərvaz vurur bilmirəm, amma mən hər səmaya baxanda başımın üstündədir".
Qeyd edək ki, L. Mərrih Azərbaycan Dövlət Yuğ Teatrının aktrisasıdır. O. Bir çox film və seriallarda rol alıb.