Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 06:03
Tərləmə orqanizmin təbii prosesidir. Tərləmə zamanı orqanizmdən toksiki maddələr çıxır.
Həmçinin tərləmə bədən hərarətini tənzimləyən çox vacib mexanizmdir - isti havada orqanizm güclü tərləyr ki, dərinin üzərinə çıxmış tər bədənin soyutmasına kömək edir.
Lakin əgər insan gecə saatlarında güclü tərləyirsə, buna mütləq fikir vermək lazımdır. Bəzi hallarda bu ciddi xəstəliyin simptomu ola bilər.
İlk növbədə bunun səbəbini öz evinizdə axtarın - çox isti yorğan və döşək, isti otaq, evin istimə sistemi və s. Əgər siz yatmazdan əvvəl qəhvə, spirtli içkilər, şokolad, ədviyyatlı qidalar, sarımsaq kimi məhsulları qəbul edirsinizsə, bu da gecə tərləmənin səbəbi ola bilər.
Bundan əlavə güclü gecə tərləmənin səbəbi hər hansı xəstəlik ola bilər. Xüsusilə bu tərləmə insanı uzun müddət ərzində narahat edirsə.
- Əksər infeksion xəstəliklər tərləmənin artmasına (xüsusilə gecə saatlarında) səbəb olur. Bu xəstəliklər arasında:
vərəm. Diqqətli olun! Gəcə saatlarında tərləmənin artması bu xəstəliyin ilk simptomlarından biridir. Bu səbəbdən pasiyent bu şikayətlə həkimə müraciət etdikdə ona ilk növbədə ağ ciyərin rentgenoqrafiyası təyin oluna bilər.
infeksion mononukleoz (qara ciyər, dalaq, limfatik düyünlərin zədələnməsi ilə müşayiət olunan xəstəlik),
osteomielit (sümük toxumasının iltihabı)
ağ ciyər absesi (ağ ciyərdə irinli prosess),
endokardit (əzələ və oynaqlarda ağrılar, zəiflik, qızdırma ilə müşayiət olunan ürəyin daxili qişasının iltihabı) və s.
- Endokrin xəstəliklər:
hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması)
şəkərli diabet
qadınlarda yumurtalıqlar çatışmazlığı
- Bəzi revmatik xəstəliklər
- Ürək-damar sistemi xəstəlikləri (hipertoniya, ateroskleroz və s.)
- Bəzi xərçəng xəstəlikləri
Xockin limfoması (limfatik sistemi xərçəngi),
feoxromositoma (böyrəküstü vəzi xərçəngi)
- Xroniki yorğunluq, stress
Hamiləlik, klimaks zamanı, menstruasiyadan əvvəl qadının hormonal fonu kəskin dəyişilir ki, nəticədə qadında, o cümlədən, güclü gecə tərləməsi kimi simptom meydana çıxır.
Bəzi dərman preaparatların qəbulu da gecə tərləmənin (yüksək təzyiq, depressiya əleyhinə preparatlar, hormonlar və s.) səbəbi ola bilər.