Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Omikron ştammına yoluxmalar artır

Omikron ştammına yoluxmalar artır

Tarix: 30 Noyabr 2021 08:18

Adıçəkilən ştamın ilk aşkar olunduğu Cənubi Afrika Respublikasında bu varianta yoluxmalar getdikcə artır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Qautenq əyalətində yeni yoluxmaların əksəriyyəti "omikron" ştamının payına düşür. Bu virus artıq ölkənin digər regionlarına da yayılıb. Bu sözləri Prezident Siril Ramafosa xalqa müraciətində deyib. Yeni virus haqqında hələ ki, az məlumatın olduğunu deyən dövlət başçısı, "omikron" ştamının dünyada vaksinlərin qeyri-bərabər paylanmasına işarə olduğuna diqqət çəkib. O, hazırkı mərhələdə əlavə məhdudiyyətlərin tətbiq olunmayacağını diqqətə çatdırıb. Dövlət başçısı son günlərdə bir sıra Afrika ölkələrindən səfərlərə qoyulmuş qadağalara qarşı çıxıb.

Milli.Az


Etiketlər:  Omikron ştammına yoluxmalar artır


RƏYLƏR