Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ardıcıl iki zəlzələ oldu

Türkiyədə ardıcıl iki zəlzələ oldu

Tarix: 30 Noyabr 2021 09:54

Türkiyənin İzmir əyalətinin Urla rayonu sahillərində Egey dənizində 5,1 bal gücündə zəlzələ olub.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Təbii Fəlakətlərə qarşı Mübarizə İdarəsi yayıb.

Yeraltı təkanlar noyabrın 30-da səhər saatlarında yerli vaxtla 07.00-da qeydə alınıb. Zəlzələnin episentri 3,97 km dərinlikdə yerləşib.

Saat 07.09-da isə eyni ərazidə 4,3 bal gücündə ikinci zəlzələ olub.

Yeraltı təkanlar İzmir və Manisa şəhərlərində də hiss edilib.


Etiketlər:  Türkiyədə ardıcıl zəlzələ oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ