Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Moskvaya problem yaratmağa çalışır - Rusiyalı politoloq Milli.Az-a danışdı

Ermənistan Moskvaya problem yaratmağa çalışır - Rusiyalı politoloq Milli.Az-a danışdı

Tarix: 30 Noyabr 2021 10:33

"Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə keçirilən görüş, ilk növbədə, dövlətlər arasında dialoqun mövcudluğundan daha çox, hər üç ölkənin münaqişənin indiki mərhələdə həll olunduğunu artıq etiraf etdiyi ilə əlamətdar oldu".

Bunu Milli.Az-a açıqlamasında rusiyalı ekspert, siyasət elmləri namizədi Qalina Niyazova deyib.

Rusiyalı siyasi şərhçi bildirib ki, Ermənistan hökuməti üçtərəfli birgə bəyanatlarda üzərinə götürdüyü öhdəliklərin icrasını gecikdirməklə öz dövlətinin beynəlxalq aləmdə imicinə xələl gətirir və regionda sabit vəziyyətə təhlükə yaradır:

"Artıq anlamaq olur ki, münaqişə məsələsi sona çatıb. Görünən odur ki, indi vəziyyətə İlham Əliyev nəzarət edir. Azərbaycan Prezidentinin mövcud vəziyyətə və onun yaxın gələcəkdə mümkün inkişafı üçün nəzarət rıçaqları var.

Soçidə keçirilən görüş mühüm mərhələ rolunu oynadı, bu tarixi mərhələdə dövlət başçıları təkcə ölkələri qarşısındakı məsuliyyət dərəcəsini deyil, ölkələr arasında qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirdilər. Axı Ermənistan bir il əvvəl öz dövlətçiliyini qoruyub saxlamaq üçün şərt olan bəyanatları imzalamasaydı, bu, münasibətlərin necə inkişaf edə biləcəyi, bu dövlətlərlə hər hansı digər məsələlərdə razılaşmalara necə əməl oluna biləcəyi məsələsi onlar üçün dalana dirənmiş ola bilərdi. 

Lakin bəyanatlara əməl edilməməsi və beynəlxalq hüququn pozulması kimi məsuliyyətsiz siyasətini davam etdirən Ermənistan hökuməti heç şübhəsiz ki, öz dövlətinin beynəlxalq aləmdə imicinə xələl gətirir və regionda sabit vəziyyətə təhlükə yaradır. Üstəlik, Ermənistan Rusiyanın vasitəçiliyi ilə əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməməklə, Moskvanın vasitəçi rolunu oynamasını çətinləşdirən vəziyyət yaradır.

Rusiya Azərbaycan və Ermənistanın münaqişədən sonrakı dövrdə regionda vəziyyəti sabitləşdirmək səylərində həqiqətən vasitəçi kimi çıxış etmək üçün əhəmiyyətli səylər göstərir. "Rusiya sülhməramlılarının məsuliyyət zonası" işin real vəziyyətini əks etdirən və birmənalı şərhə və ya anlaşılmazlığa yol verməyən aydın ifadədir".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan Moskvaya problem yaratmağa çalışır Rusiyalı politoloq MilliAz a danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ