Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2021 17:54
Dünən Suqovuşan döyüşlərində şəhid olan Taleh Salamovun anım günü idi.
Taleh Salamov. Vətən müharibəsində tarix yazaraq şahadətə yüksələn qəhrəman oğullarımızadan biri. 1992-ci ildə Qubanın Xırt kəndində anadan olan Taleh ən böyük arzularından biri işğal altında olan torpaqlarımızı düşmən azad etmək və bu müqəddəs mübarizədə iştirak etmək idi. Məhz elə buna görə o, hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalmaq qərarına gəlir. 27 sentyabrda Vətən müharibəsinin başlaması müddətdən artıq hərbi qulluqçu, kəşfiyatçı Taleh Salamov üçün sanki illərdir səbirsizliklə gözlədiyi gün idi. Böyük istəklə döyüşə atılan Taleh bir tərəfdən düşmənə sarsıdıcı zərbələlər endirib digər tərəfdən isə əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsində xüsusi şücaət göstərib. Bu döyüşlər zamanı yaralansa da, yarası tam sağalmamış yenidən döyüş meydanına atılıb.
Vətən torpaqlarının azadlığını canından üstün tutan şəhid Taleh Salamovla bu gün tək ailəsi və yaxınları deyil, bütün el-oba qürur duyur.
Gənc yaşında tarix yazan Taleh Salamovun bu gün anım günüdür. Yaxınları Talehin yoxluğu ilə barışa bilməsə də onun vətən uğrunda şəhadəti ilə təsəlli tapırlar.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətinə görə, Taleh Salamov ölümündən sonra Vətən uğrunda, Suqovuşan və Laçının azad olunmasına görə medalları ilə təltif edilib.