Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2021 10:20
Qərb situasiyanı gərginləşdirmək və Rusiya ətrafında qeyri-stabillik yaratmaq üçün Dnestryanı konfliktinin həllindən yana çıxış edə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Moldovanın sabiq prezidenti İqor Dodon deyib.
"Postsovet məkanında konfliktlərin həlli Rusiyaya qarşı yönəlib. Qərbə Rusiya ətrafında qeyri-sabitlik yaratmaq gərəkdir. Məsələ orasındadır ki, bu konfliklərdə iştirak etməmək, yem olmamaq üçün kiçik ölkələrin buna ağlı yetəcəkmi?" - deyə Dodon bildirib.
Eks-prezident əlavə edib ki, hələlik sanksiyalarla müşahidə olunan soyuq geosiyasi müharibə aparılır.