Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2019 21:18
Bakı. Trend:
Maliyyə Bazarlarına Nəzarət Palatası iki bank olmayan kredit təşkilatına (BOKT) - "MJ Financial Services" və "Acet Financial Technologies" şirkətlərinə lisenziya verib.
Trend-in məlumatına görə, təşkilatların nizamnamə kapitalının hər biri 300 min manatdır.
"MJ Financial Services" şirkətinə Mədət Rüstəmov, "Acet Financial Technologies" şirkətinə Xosrov Axundov rəhbərlik edir.
Beləliklə, Azərbaycanda BOKT-ların sayı 45-ə çatıb.
Qeyd edək ki, "MJ Financial Services" vergi orqanlarında bu il aprelin 15-də, "Acet Financial Technologies" isə 10 yanvar 2017-ci ildə qeydiyyata alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin