Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı qida hansı ruhi xəstəliyə faydalıdır?

Hansı qida hansı ruhi xəstəliyə faydalıdır?

Tarix: 2 Dekabr 2021 08:33

Fransız psixiatrı Pinel bundan 200 il əvvəl dəliliyin insanın mədəsi və bağırsaqlarında baş verdiyini yazmışdı.

1930-cu illərdə dərc olunmuş psixiatriya dərs kitablarında da şizofreniya xəstələrinin əsasaən yaxşı qidalanmayan insanlar olduğu vurğulanırdı. Həkimlər əvvəlki dövrlərdən yaxşı qidalanmamağın zehni problemlərin yaranmasına təsir etdiyini aşkara çıxarmışdılar.

 

Keçmiş dövrlərdən bəri aparılan elmi araşdırmalar yaxşı qidalanma və diyetlə zehni problemlərin etibarlı müalicəsini, bununla bağlı narahatlıqları yüngülləşdirməyin mümkün olduğunu göstərib.

Psixiatrik problemlərin müalicəsində istifadə olunan tamamlayıcı və alternativ müalicə haqqında araşdırmalar aparan klinik psixologiya üzrə mütəxəssis Mehmet Başkak ruh sağlamlığımıza müsbət təsir edəcək diyetlər və qidalanma formaları haqqında əhəmiyyətli məlumatlar verib.

Dünyada bir çox psixiatriya həkiminin xəstələrini psixiatrik dərmanlar əvəzinə yaxşı qidalanma yolu ilə müalicə etdiyini qeyd edən Mehmet Başkakın ruhi diyetlə bağlı tövsiyələri belədir:

Balıq depressiyaya müsbət təsir göstərir

Bəsləyici qidalar diqqət pozğunluğu, bipolyar pozğunluq, narahatlıq və depressiyanı effektiv şəkildə müalicə etmə xüsusiiyətinə malikdir.

Araşdırmalar Omega-3 qəbulundakı artımın depressiya əlamətlərini yüngülləşdirdiyini göstərir. Bir neçə elmi araşdırmanın nəticələrinə görə, gündəlik 1.000-2.000 miliqram EPA formasında Omega-3 balıq yağının qəbulu depressiya əlamətlərinin yüngülləşdirilməsinə yardımçı olur. İnsanın ruh halındakı yaxşılaşma əsasən bu əlavə müalicəyə başladıqdan sonra 3-12 həftə ərzində özünü göstərir. Həmçinin diyetlərində yüksək miqdarda balıq qəbul edən insanların ruh halında da oxşar yaxşılaşmaların olması  məlumdur.

Omega-3 yağları qızılbalıq kimi soyuq dənizlərdə yaşayan balıqlarda bol miqdarda mövcuddur. Bu yağlar depressiyadan müalicə alan insanda istifadə etdiyi antidepressantın təsirini artırır. Hamiləlikdə antidepressant istifadəsinə alternativ olaraq Omega-3 əlavələri üzərində aparılan elmi araşdırmalar davam edir.

Şizofreniyanın müalicəsi üçün B3 vitamini

Digər adı "niasin" olan B3 vitamini dünyada şizofreniya diaqnozu qoyulmuş minlərlə xəstəyə şəfa qaynağı olub. Yenilikçi həkim olan Abram Hoffer (1917-2009) minlərlə xəstənin müalicəsində yüksək dozalarda B3 vitaminindən istifadə edərək onları sağlamlıqlarına qovuşdurub. Hoffer bu vitaminin tətbiqi ilə apardığı müalicə zamanı 90 faiz nisbətində müvəffəqiyyət əldə etdiyini qeyd edib.

Qida dəyəri yüksək olan diyetlər və bununa yanaşı qəbu edilən amin turşusu və vitaminlər zehni problemlərin müalicəsində olduqca təsirlidir.

Sakitləşmə və gözəl yuxu üçün pişikotu (valerian)

Pişikotu psixi narahatlığı azaldaraq bəzi sakitləşdiricilər kimi, insanın daha rahat yatmasına yardımçı olur. Dərmanların yan təsirlərinə daha çox məruz qalan uşaqlar və yaşlılarda istifadəsi alternativ olaraq düşünülə bilər. Pişikotunun təsirinin özünü göstərməsi biraz zaman ala bilər.

Həkiminizlə məsləhət etmədən istifadə etməyin

Müalicə üçün istifadə olunan bitkilərin dərmanlar kimi çox ciddi sınaqlardan və testlərdən keçmədiyinə diqqət çəkən Mehmet Başkakın fikrincə, alternativ müalicə metodlarından yararlanmaq istəyən insanlar bunu nəzərə almalıdır. Çünki bu müalicələrin bitki və ya heyvan mənşəli olması onların tam etibarlı olduğuna dəlalət etmir. Bitki mənşəli müalicənin də arzu olunmayan yan təsirləri vardır və bunlar eynən antidepressantlar ya da dərmanlar kimi, digər dərmanlarla qarşılıqlı təsirə girə bilər. Bu səbəbdən alternativ müalicə metodlarına müraciət etmədən əvvəl, xüsusilə də hər hansı dərman qəbul edirsinizsə, mütləq həkiminizlə məsləhət edin.


Etiketlər:  Hansı qida hansı ruhi xəstəliyə faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ