Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Komandamız fasilədən sonra xarakter göstərdi'' - yığmamızın baş məşqçisi

''Komandamız fasilədən sonra xarakter göstərdi'' -  yığmamızın baş məşqçisi

Tarix: 27 Avqust 2019 22:56

"Yeni komandayıq, oyundan-oyuna həm taktiki, həm də fiziki baxımdan yüksəlişi görürük".
 
Qol.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd  “Viktor Bannikov” beynəlxalq turnirində bu gün Ukrayna yığması ilə keçirilmiş oyundan sonra deyib.

O, AFFA-nın saytına açıqlamasında 2:4 hesablı məğlubiyyəti belə şərh edib: "Atletik keyfiyyəti yüksək olan komandaya qarşı oynadıq. Hesabda geri olmağımıza, ilk hissədə bir nəfər azlıqda oynamağımıza baxmayaraq, komanda fasilədən sonra xarakter göstərərək iki qol vurmağı bacardı. Düşünürəm ki, belə güclü komandalarla oynayaraq səviyyəmizi yüksəltməliyik. Dayanmadan, əzmlə istədiyimiz nəticəni alanadək çalışmalıyıq.

Ümumiyyətlə, bütün futbolçulara fərdi yanaşma olmalıdır. Futbolçular da öz üzərilərində çox çalışmalıdırlar. Yüksək liqalarda oynayaraq oyun praktikası qazanmaq lazımdır. Milliyə bütün kriteriyalarda hazır olan futbolçular dəvət almalı və iştirak etməlidir".
 


Etiketlər:  Komandamız fasilədən sonra xarakter göstərdi yığmamızın baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ