Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2021 15:15
Koronavirusa yoluxan Xalq artisti Eldost Bayramın vəziyyəti normallaşıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə məşhur diktorun xanımı Minarə Bayramova "Elgizlə izlə" proqramına telefonla bağlanaraq məlumat verib.
O, həyat yoldaşının 15 gündür xəstəxanada müalicə olunduğunu söyləyib:
"Bütün xəstəxana kollektivinə təşəkkür edirəm. Onu yüksək səviyyədə müalicə edirlər. Artıq sağalır. Lakin çox zəifdir. Hələ ki, reanimasiya şöbəsində yatır. Vaksin olunmamışdı, çünki səhhətində problem var idi. Buna görə qorxurdu".