Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Instagram video selfie tələb edir

Instagram video selfie tələb edir

Tarix: 2 Dekabr 2021 23:44

Instagram bəzi istifadəçilərdən video selfie tələb etməyə başlayıb. Tələb olunan video selfie-də istifadəçi üzü bir neçə rakursdan əks olunmalıdır. Bu üsul ilə istifadəçi real insan olduğunu təsdiq edə biləcək. Məlumatda qeyd edilib ki, bu üsul ilə Instagram botlarla mübarizə aparmağa çalışır. Ümumiyyətlə məşhur fotoservis artıq uzun müddətdir ki, botlarla mübarizə aparır. Bu cür botlar spam mesajlar göndərmək və ya süni şəkildə abunəçilərin sayını artırmaq üçün nəzərdə tutulublar. Instagram-ın rəsmi Twitter hesabı video selfie ilə bağlı artıq rəsmi məlumat verib. Həmin məlumata əsasən fotoservis həqiqətən də bu funksiya sayəsində spam botlarla mübarizə aparmaq niyyətindədir. Bununla yanaşı Instagram təmsilçiləri qeyd ediblər ki, istifadəçilər tərəfindən çəkilmiş video selfie-lər insanların üzlərinin skan sistemi üçün məlumatlar bazasına çevrilməyəcəklər. Məlumatda qeyd edilib ki, həmin video selfie-lər şirkət serverlərinə yüklənəndan 1 ay sonra avtomatik olaraq silinirlər.

Milli.Az


Etiketlər:  Instagram video selfie tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ