Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2021 10:46
Türkiyənin tanınmış aparıcısı və aktyoru Cem Davran illər əvvəl efirdə baş verən Sevda Demirel-Hande Ataizi davası ilə bağlı bir faktı açıqlayıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi əslində həmin münaqişənin canlı yayımda baş vermədiyini söyləyib.
"Canlı deyildi. Amma kanal yayımladı. Hər kəsin gözü önündə olduğu üçün efirə verildi",- deyə Davran qeyd edib.
Qeyd edək ki, sözügedən davada Demirel Handeye sillə vurub. Bu olay illərlə müzakirə olunub.