Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocavənddə hərbçimizə erməni hücum etdi

Xocavənddə hərbçimizə erməni hücum etdi

Tarix: 3 Dekabr 2021 15:06

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən bildirilib.

Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Xocavənddə hərbçimizə erməni hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ