Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəli işə cəlb olunan qadınlar - VİDEO

Təhlükəli işə cəlb olunan qadınlar - VİDEO

Tarix: 3 Dekabr 2021 16:14

Ötən gün Quba şəhərində çəkilən bu kadrlar sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Göründüyü kimi Təmiz Quba Mənzil Kamunal Təsərrüfat birliyinin yaşları 50-dən çox olan iki qadın işçisi təhlükəli şəraitdə ağacın üzərinə düşən plakatı götürməyə çalışırlar.

Bura sözügedən kadrların çəkildiyi ərazidir. Belə ki, ötən gün Quba şəhərində müşahidə edilən külək reklam lövhəsinin üzərindəki plakatı qopararaq yaxınlıqdakı ağacın üzərinə atıb. Məhz iki qadında həmin plakatı götürmək üçün hündürlüyü təxminən 3-metrə yaxın olan hasarın üzərinə çıxıb. Amma məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, niyə bu iş kişilərə deyil qadın işçilərə tapşırılıb.

Təmiz Quba Mənzil Kamunal Təsərrüfat birliyinin kişi əməkdaşları varkən bu işin qadınlara həvalə olunması həqiqətən də maraq doğurur. Həm də heç bir təhlükəsizlik qaydalarına əməl olunmadan. Hər hansı bir bədbəxt hadisə baş verəcəyi təqdirdə buna görə kim məsuliyyət daşıyacaqdı? Ən əsası isə axı bu işləri görmək üçün adını çəkdiyimiz qurumun xüsusi texnikası da var. O texnika ki, kifayət qədər böyük dövlət vəsaiti hesabına alınıb. Əslində bu məsələ ətrafında sosial şəbəkələrdə də geniş müzakirələr aparılıb. İstifadəçilər tərəfindən Təmiz Quba Mənzil Kamunal Təsərrüfat birliyinin məsul şəxsləri tərəfindən qadınlara verilən bu tapşırıq sərt təndiq olunub. Elə rayon sakinlərinin məsələyə münasibəti bir mənalıdır.

Ekspertlər də hesab edir ki, bu fakt açıq-aydın əmək qanunvericiliyinin, işçilərin əmək hüquqlarının pozulması halıdır.

Mövcud vəziyyətin yaranmasında birbaşa məsuliyyət daşıyan Təmiz Quba Mənzil Kamunal Təsərrüfat birliyinin də mövqeyini öyrəndik. Qurumun rəis müavini Nurlan Pirimovun sözlərinə görə, hər iki qadın öz istəkləri ilə hasarın üzərinə çıxaraq plakatı götürməyə cəhd ediblər. Yəni onlara heç kim bununla bağlı tapşırıq verməyib.

Videoda görüntülənən qadın işçilər də bildirir ki, onlar şəxsi təşəbbüsləri ilə bu işi görüblər. Çünki bu onların təhlükəli şəraitdə gördükləri ilk işi deyil.

Sonda onu bildirmək istəyirik ki, Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında daima mühüm yer tutub. O, bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə milli mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Bu səbəbdən də qadınlar baş tacımız hesab olunur. Onlar ən yüksək zirvəyə laiqdirlər. Amma təhlükəli hesab olunan 3 metrlik hasarın üzəri zirvə yox uçurumdur.

Sonxeber.net Real Tv-nin sujetini təqdim edir:


Etiketlər:  Təhlükəli işə cəlb olunan qadınlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ