Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2021 18:48
Mahir Emreli mövsümün sonunda "Legiya"dan ayrıla bilər.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, hücumçumuzla Çexiyanın "Slaviya" klubu yaxından maraqlanır. Bu informasiyanı "efotbal.cz" saytı yayıb. Xəbərdə Praqa klubunun baş məşqçisi Yindrjix Trpişovskinin Mahiri bəyəndiyi qeyd olunub. Məlumata görə, "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə, avrokuboklarda mübarizəni dayandırsa, azərbaycanlı futbolçu Polşadakı karyerasını bitirəcək.
Qeyd edək ki, bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla 2024-cü ilin iyununadək müqaviləsi var.