Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə “qadın” və “ana” sözlərindən imtina olundu

Bu ölkədə “qadın” və “ana” sözlərindən imtina olundu

Tarix: 4 Dekabr 2021 09:14

Böyük Britaniyada Ginekologiya üzrə Kral Kolleci "qadın" və "ana" sözlərindən istifadə etməməyi qərara alıb.

Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Kollecin yeni təlimatlarında qeyd olunan sözlər "insanlar" kəliməsilə əvəzlənib.

"Xəstəxanada doğuşdan sonrakı dövrdə olan insanların əlinin altında tibb bacısını çağırmaq üçün xüsusi düymə və körpə üçün beşik olmalıdır", -deyə təlimatın mətnində qeyd edilib.

Müvafiq dəyişiklik sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gəlib.

İctimai qınaq nəticəsində kollecin icraçı direktoru Qill Uolton "qadınların analıq bələdçisindən kənarlaşdırıldığı üçün" üzr istəyib.


Etiketlər:  ölkədə qadın sözlərindən imtina olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ