Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 15:22
Türkiyədə evini subay oğlanlara kirayələmək istəməyən sahibkara cəza verilib.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatı (TİHEK) qərar verib. Belə ki, Kırklarelidə yaşayan bir şəxs internetdə gördüyü kirayə ev elanı üçün sahibkara zəng edib. Ev sahibi "oğlanlara və tələbələrə ev vermirik", - deyə bildirib. Nəticədə gənc adam ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək TİHEK-ə müraciət edib.
Ev sahibi bildirib ki, ərizəçiyə evin yerləşdiyi binanın ailə mənzili olduğunu və evli olan şəxslərə icarəyə vermək istədiyini söyləyib. Müraciəti qiymətləndirən TİHEK "ailə durumu" və "cins" ayrı-seçkiliyi qadağasının pozulduğuna, o cümlədən ev sahibinə 4 min lirə inzibati cərimə tətbiq edilməsinə və bu cərimənin xəbərdarlıq cəzasına çevrilməsinə qərar verib.
Qurum, həmçinin Konstitusiyanın 10-cu maddəsinə əsasən, hər kəsin qanun qarşısında bərabər olduğunu əlavə edib.