Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2021 16:52
Özbəkistan nümayəndə heyəti "Bolonya"-"Roma" oyundan əvvəl ikincilərin çalışdırıcısı Joze Mourinyonu görməyə gəlib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, qonaqlardan biri qeyd edib ki, "Roma"nın özbək hücumçusu Eldor Şomurodovun uğurları onları çox sevindirir:
"Eldor təvazökar oyunçudur və gənc idmançılarımız üçün nümunədir. Onun İtaliyanın əsas komandalarından birinə keçməsi azarkeşlər və xalqımız üçün böyük hədiyyədir", - deyə nümayəndə heyətindən bildirilib.
Görüş isti atmosferdə keçib. Mourinyo isə hədiyyə olaraq ənənəvi özbək bıçağı alıb.