Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əsgərimizə hücum edən erməninin hərbçi olduğu sübut edildi - FOTO

Əsgərimizə hücum edən erməninin hərbçi olduğu  sübut edildi - FOTO

Tarix: 4 Dekabr 2021 21:33

Ermənistan tərəfinin Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edən şəxslə bağlı növbəti saxtakarlığı və feyk məlumatları, dezinformasiya kampaniyası faş olub.

Xatırladaq ki, dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs hərbçimizə hücum edib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Lakin Ermənistan tərəfi sözügedən şəxsin, yəni 1959-cu il təvəllüdlü Seyran Sarkisyanın mülki şəxs, adi çoban olduğunu iddia edərək Azərbaycanı suçlamaq üçün təbliğat kampaniyası aparır.

Ermənistan mediasında yayılan bu fotolar isə ermənilərin dezinformasiyaya əsaslanan kampaniyası ifşa edir.

Belə ki, fotolarda aydın görünür ki, Seyran Sarkisyan çoban və "adi mülki şəxs" olmayıb. Onun əynində Ermənistan ordusunun forması var.

Milli.Az


Etiketlər:  Əsgərimizə hücum edən erməninin hərbçi olduğu sübut edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ