Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Askarid qurdu insanda çox ciddi fəsadlar verə bilər!

Askarid qurdu insanda çox ciddi fəsadlar verə bilər!

Tarix: 5 Dekabr 2021 19:00

Askarid qurdu dünyada ən çox yayılmış helmintik qurddur. Qurdun uzunluğu 20-40 sm arasında dəyişir.

Yoluxma qurdun yumurtaları ilə (qida və su vasitəsi ilə) baş verir. Qurdun yumurtaları ətraf mühitdə uzun müddət qala bilir, buna görə də çirkli əllər və uşaqlar üçün oyuncaqlar, ev heyvanlarının tükləri birbaşa infeksiya  mənbəyi  sayılır.Yaxşı  yuyulmamış meyvə-tərəvəzdən yoluxma hallarına da tez-tez rast  gəlinir.

Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik olduğundan insan özü   bilmədən buna yoluxur.

Bağırsağa düşmüş yumurtadan sürfələr çıxır, sürfələr qan dövranı ilə qaraciyərə, ağciyərə və bronxlara keçir. Sonra oradan ağız-udlaq boşluğuna qalxır və udularaq  mədəyə və yenidən bağırsağa düşür. Bir sözlə, askaridin həyat dövrü bütün orqanizmdə getdiyindən insanın müxtəlif orqan və  sistemlerdə ciddi fəsadlar verə bilir!

Askaridiozun əlamətləri:

- qarında  sancılar (xüsusən  göbək  ətrafı ). Ağrılar birdən-birə başladığı kimi birdən-birə də keçir, yəni  epizodik  xarakter  daşıyır.

- iştahanın  pozulması

- ürəkbulanma, ağız  suyunun  axması

- bağırsağın pozulması (ishal, yaxud qəbzlik halları)

- immunitetin zəifləməsi (tez-tez soyuqdəymə halları)

- anemiya (qanazlığı)

- allergik əlamətlər

- nevrotik  əlamətlər

Öz şəxsi praktikamda askaridin çox ciddi psixonevroloji pozulmaya, yaddaş  pozğunluğuna, yuxusuzluğa yol açdığının şahidi olmuşam. Bunun səbəbi həmin qurdun ekzotoksinlərinin (ifrazat məhsullarının) insanın mərkəzi sinir sisteminə zədələyici təsiridir.

Həzm sisteminə mənfi təsiri isə bağırsağın selikli qişasında həssaslıq yaratma  və  selikli qişaya qansızma şəklində özünü göstərə bilir. Daha ağır xəstələrdə bağırsaqda olan çoxsaylı qurdlar topa şəklində tıxanıqlıq ( Bağırsaq keçməməzliyi ) yarada bilir. Bu  isə artıq əməliyyata göstəriş ola bilər!

Tərlan Qasımov

Milli.Az


Etiketlər:  Askarid qurdu insanda çox ciddi fəsadlar verə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ