Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2021 10:02
Yeni növ koronavirusun "Omicron" ştamından ölüm qeydə alınmayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmayer bildirib.
Lindmayerin sözlərinə görə "Omicron" artıq qırxadək ölkədə üzə çıxsa da, hələ ki ölüm və ağırlaşma ilə bağlı məlumat daxil olmayıb. Bununla belə, yeni ştamla bağlı daha dolğun məlumat üçün hələ bir neçə həftə gözləmək lazım gələcək. Məlumat bolluğu üçün ölkələrin daha çox test aparması zəruridir.