Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA “Sumqayıt”ın prezidenti və baş məşqçisinə xəbərdarlıq edib

AFFA “Sumqayıt”ın prezidenti və baş məşqçisinə xəbərdarlıq edib

Tarix: 28 Avqust 2019 13:56

Bakı. Trend:

AFFA İntizam Komitəsi "Sumqayıt"un prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Ayxan Abbasova ciddi xəbardarlıq edib.

AFFA-dan Trend-ə verilən məlumata görə, buna səbəb hər iki şəxsin Premyer Liqanın II turunda evdə "Səbail"ə 0:3 hesabı ilə uduzduqları matçdan sonra hakiminin görüşü qərəzli idarə etmələri haqqında fikirlər söyləməsidir. Bildirilib ki, bu hal təkrar olunarsa, Rəfiyev və Abbasov İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaq.

Qurum "Zirə"nin məşqçisi Anar Niftəliyevi də bir oyunluq cəzalandırıb. Buna səbəb onun II turda "Neftçi"yə qalib gəldikləri (1:0) görüşün 80-ci dəqiqəsində texniki zona qaydalarını pozmasıdır. Kluba isə bunun üçün 800 manat cərimə kəsilib.


Etiketlər:  AFFA Sumqayıtın prezidenti baş məşqçisinə xəbərdarlıq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ