Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2021 22:38
Almanların böyük əksəriyyəti (74 faizi) peyvənd olunmayan şəxslər üçün təmas məhdudiyyətlərinin tətbiq edilməsini dəstəkləyir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Civey sosioloji institutunun qəzet üçün keçirdiyi rəy sorğusunda yer alıb. Sorğuya əsasən, respondentlərin yalnız 23 faizi məhdudiyyətlərin əleyhinə çıxıb. Tədbiri ilk növbədə yaşı 65-dən yuxarı olan vətəndaşlar bəyənib (88 faiz). 30-39 yaş arasındakı almanların dəstək göstəricisi isə 59 faiz təşkil edib.
Kansler səlahiyyətlərini icra edən Angela Merkel dekabrın 2-də bəyan etmişdi ki, AFR-in hakimiyyət orqanları vaksinasiyadan keçməyənlərin ərzaq mağazaları istisna olmaqla, bütün ölkə ərazisində mədəniyyət tədbirlərinə və pərakəndə satış mağazalarına girişinin məhdudlaşdırılması barədə razılığa gəliblər.