Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2021 08:28
Tanzaniyanın Zanzibar arxipelaqının Pemba adasında zəhərli tısbağa əti yeyən 7 nəfər ölüb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, ümumilikdə 38 nəfər tısbağa ətindən zəhərlənib, onlardan 3-nün vəziyyəti ağırdır.
Zənzibar prezidenti Hüseyn Əli Mvinyi həlak olanların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, tısbağa ətinin adətən zəhərli olmamasına baxmayaraq, vaxtaşırı ağır formada belə halları qeydə alınır. Bunu adətən tısbağaların yediyi yosunlarla əlaqələndirirlər.